 Topaz Premyer Liqasında IX turun mərkəzi qarşılaşmasında bərabərlik qeydə alınıb. Bojidar
Bandoviç , "Bakı" klubunun baş məşqçisi: "Güman etdiyim kimi, əsl derbi oyunu oldu.
"Qarabağ” yaxşı, futbol oynamağı sevən komandadır. İlk hissə zəif təsir
bağışlasaq da, ikinci yarıda komandamdan başqa oyun gözləyirdim. Asanlıqla top
itirirdik, rəqib cinahlardan çox təhlükəli idi. Buna baxmayaraq, sonadək
mübarizə apardıq”.
Qurban
Qurbanov,"Qarabağ"
klubunun baş məşqçisi: "Maraqlı oyun oldu. Hər iki komanda meydana 3 xal üçün çıxmışdı. Biz
son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bandoviçin gəlişindən
sonra "Bakı"nın oyununda irəliləyişlər hiss olunur.
"Bakı" bizə qarşı xüsusi hazırlaşmışdı. Biz də rəqibi yaxşı
analiz etmişdik. Namiq Yusifovun zədələnərək meydanı tərk etməsi planlarımıza
daxil deyildi.
Bu da oyunumuza təsirini göstərdi. Bununla belə, bu
gün meydana çıxan gənc oyunçular da yaxşı təsir
bağışladılar. Lakin onlar öz üzərilərində daha çox işləməlidirlər.
Milli komandanın oyunlarından sonra futolçularda yorğunluq hiss olunurdu
ki, bu da müəyyən çətinlik yaradırdı. Bu görüşdə qalib də gələ
bilərdik. Ancaq alınmadı".
|