 Konfrans Liqasının 1/16 final mərhələsində səfərdə "Marsel"in (Fransa) qonağı olan "Qarabağ" 1:3 məğlub olub. "Köhlən atlar"ın yeganə qoluna Kadi Borqes imza atıb. Qeyd edək ki, Azərbaycan futbolu tarixində ilk dəfə qrup mərhələsindən "play off"a yüksələn Ağdam klubu cavab görüşünü 24 fevral Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
|