 Futbol üzrə Azərbaycan I Divizionunda 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi. Mərasim 11 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir. Qeyd edək ki, I Divizionda yeni mövsüm 24 avqustda start götürəcək.
|