 ”Xəzər
Lənkəran” yayda Türkiyənin “Mersin
İdman Yurdu” klubundan transfer etdiyi braziliyalı hücumçu Andre
Roberto Suares da Silva - Beto ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi internət səhifəsində məlumat verilib. “Xəzər
Lənkəran”ın heyətində 5 rəsmi oyunda meydana çıxan Beto rəqib qapılarına yol tapa bilməyib. Klubdan verilən məlumata görə, tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
|