 Avropa Liqasında qrup mərhələsinin oyunları çərçivəsində "Olimpiakos"u (Yunanıstan) qəbul edən "Qarabağ" qolsuz sülhə razılaşıb. Bu nəticə ilə 4 oyundan sonra 7 xalı olan "köhlən atlar" ən azı Konfrans Liqasının pley of mərhələsini təmin edib. Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri növbəti görüşünü 27 oktyabr Fransada "Nant"a qarşı keçirəcək.
|