 “Neftçi” Premyer Liqada 300-cü ev qolunu buraxıb. Bu topa Coy Lens Mikels imza atıb. “Sabah”ın futbolçusu Misli Premyer Liqasının XI turunun görüşündə hesabı açıb. “Ağ-qaralar” 426-cı ev görüşündə 2:3 hesabı ilə uduzub. Bununla da buraxılan qol sayı 302-yə çatıb. Qeyd edək ki, “Neftçi” öz meydanında ilk qolu 1992-ci il mayın 10-da Şamaxı “Şirvan”ı ilə görüşdə buraxıb – 8:1.
|