Avropa Liqasının qrup mərhələsinin V turunda Fransada “Nant”ın qonağı olan “Qarabağ” 1:2 hesabla məğlub olub. Komandamızın yeganə qoluna penaltidən Filip Ozobiç imza atıb. Qeyd edək ki, Qurban Qurbanovun komandası qrupda sonuncu oyununu noyabrın 3-də Bakıda “Frayburq”a (Almaniya) qarşı keçirəcək.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.