07.12.2025
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 2-4 "Sabah" - Videoicmal

Slide 1

Kamran Quliyev mükafatlandırılıb

Slide 1

"Sumqayıt" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" 1-2 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Araz-Naxçıvan" canlı yayım

    Peşəkar Futbol Liqası və “Şamaxı” futbol klubu arasında görüş keçirilib – Fotolar      2022-11-11

Peşəkar Futbol Liqası və "Şamaxı" futbol klubu arasında görüş keçirilib. Şamaxı şəhərində baş tutan görüşdə Peşəkar Futbol Liqasını qurumun prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, "Şamaxı" FK-nı isə klubun idarə heyətinin sədri Elçin Usub və baş menecer Kamran İsmayılov təmsil edib. "Şamaxı" rəsmiləri səfərə görə qonaqlara təşəkkür edərək klubun hazırki durumu, planları barədə məlumat veriblər. Elçin Usub klub olaraq əsas hədəflərinin yerli təcrübəli və eyni zamanda gənc, potensiallı futbolçuların birliyindən mübariz komanda qurmaq olduğunu bildirib. E. Usub həmçinin Vüqar Əsgərli, Cavid Hüseynov kimi gənc, premyer liqa təcrübəsi olmayan mütəxəssislərə güvənməklə onları da Azərbaycan futboluna qazandıracaqlarına ümidini ifadə edib. Uşaq futbolunu da xüsusi diqqətdə saxladıqlarını bildirən rəsmilər ölkə futbolunun əfsanələrindən olan Vəli Qasımovun rəhbərliyi altında hal-hazırda Şamaxıda 4 yaş qrupu üzrə hazırlıq aparıldığını, yaxın gələcəkdə bu sayı artırmağı planlaşdırdıqlarını qeyd edib.

PFL prezidenti Elxan Səmədov isə öz növbəsində klub üçün görülən işlərin gedişatından məmnunluğunu bildirib. Xüsusilə komandanın heyəti üçün yaradılan şəraitin ölkədə ən yaxşılardan olduğunu vurğulayan Səmədov kluba olan dəstəyin və planların böyük ümidlər verdiyini qeyd edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün ardından rəsmilər Misli Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Şamaxı" - "Sumqayıt" matçını izləyiblər.

   Turnir cədvəli
1 Qarabağ 6 15
2 Sabah 7 14
3 Turan Tovuz 7 14
4 Araz-Naxçıvan 6 13
5 Zirə 6 12
6 Şamaxı 6 11
7 Sumqayıt 7 6
8 Səbail 7 4
9 Neftçi 7 4
10 Kəpəz 7 0
Ətraflı
1 Karvan 2 6
2 Qəbələ 2 4
3 Baku Sportinq 2 4
4 Cəbrayıl 2 4
5 Mingəçevir 2 3
6 İmişli 2 3
7 Zaqatala 2 2
8 MOİK 2 1
9 Qaradağ Lökbatan 2 0
10 Difai 2 0
Ətraflı
Xəbər arxivi
« Dekabr 2025 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 0607
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.08.2024
2024/25 mövsümü II Liqanın təqvimi
19.08.2024
2024/25 mövsümü I Liqanın təqvimi
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising