 Topaz
Premyer Liqasının XIV turuna “Rəvan” – “Qəbələ” qarşılaşması ilə yekun vuruldu.
Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən əyalət təmsilçisi turnir cədvəlində
üçüncü pilləyə yüksəldi.
Ramiz Məmmədov,
“Qəbələ” klubunun baş məşqçisi: “Komandama təşəkkürümü bildirirəm, Rəşad
Abdullayev qırmızı vərəqə alandan sonra onun yerini boş qoymadılar. Futbolçu həyatı cəzasız olmur, Rəşad əsəblərinə hakim olmadı və haqlı olaraq qırmızı vərəqə aldı. Buna görə tədbir görəcəm”.
Kemal
Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “Komandamı cəsur oyuna görə təbrik
edirəm. Oyunun başlanğıcında bizim üçün çətin oldu, qapımızdan qol buraxdıq.
Lakin özümüzü toparlayıb, bərabərlik qolunu vura bildik. Oyun bərabər gedirdi,
buraxdığmız ikinci qol isə bizi “sındırdı”. İkinci hissədə rəqib əks-hücumlarda
oynadı. Torresin hesabı bərabərləşdirmək üçün imkanı olsa da, yararlana bilmədi.
“Qəbələ” bu gün güclü komanda olduğunu sübut etdi”.
|