 İntizam Komitəsini bu gün keçirilən iclasında aşağıdakı qərarlar
qəbul edilmişdir:
Topaz Premyer Liqasının XIV turunun “Kəpəz” – “Xəzər Lənkəran”
matçının 79-cu dəqiqəsində “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov hakimi
təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır,
klub 5000 manat cərimə olunur (maddə 42.4).
Matçın 80-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən
meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). “Kəpəz”
klubu ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirsin. Analoji hadisənin
baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.
Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun 85 №-li
futbolçusu Kamal Bayramov azarkeşləri təhqir etdiyi üçün futbolçu 3
oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “Turan”
matçında “Turan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XIV turunun AZAL – “Sumqayıt”
matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XIV turunun “Bakı” – “Neftçi”
matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Oyunun 87-ci dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu
Novruz Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə
olunur (maddə 37.1).
Topaz Premyer Liqasının XIV turunun “Rəvan” – “Qəbələ”
matçının 44-cü dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Rəşad
Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Oyunun 70-ci dəqiqəsində “Rəvan” klubunun 4 №-li futbolçusu
Ekrem Hodziç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XI turunun MOİK – “Şəmkir”
matçının 90+1-ci dəqiqəsində “Şəmkir” klubunun 14 №-li futbolçusu Ruslan
Rüstəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XI turunun “Şahdağ” – “Qaradağ
Lökbatan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 100 manat cərimə olunur (maddə 40).
|