 Azərbaycan
kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşan “İnter” rəqibini 3:0 hesabı
ilə məğlub edərək ¼ finalda “Bakı”nın rəqibi oldu.
Namiq
Adilov, MOİK klubunun baş məşqçisi: “”İnter” güclü komandadır, bugünkü oyunda
komandaların səviyyə fərqi özünü göstərdi. Fikrimcə, Kaxaber Sxadadze ölkəmizdə
çalışan ən güclü əcnəbi məşqçidir. Onun komandadakı işi göz qabağındadır”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bugünkü oyuna görə əsəbiyəm, MOİK
oyunçularıma qarşı çox kobud oynadı. Fuad Bayramov zədə ucbatından oyunu tərk
etmək məcburiyyətində qaldı. Komandaların səviyyə və ustalıq fərqi aydın görünürdü.
Bir çox qol imkanlarından yararlana bilmədik. Bütün qol epizodlarından istifadə
edə bilsəydik hesab daha böyük olardı”.
|