 Peşəkar Futbol Liqası tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib. Aparılan təmir və yenidənqurma işlərindən sonra stadion I Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub. Qeyd edək ki, “İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 aprel tarixdə “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.
|