 Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Misli Premyer Liqasında son mövsümün çempionu olan “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri “Linkoln” (Cəbəllütariq) ilə qarşılaşacaq. Qeyd edək ki, I təsnifat mərhələsinin ilk görüşləri 11-12 iyul, cavab matçları isə 18-19 iyul tarixlərində baş tutacaq.
|