 Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Mərasim 18 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir. Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.
|