 UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxan “Neftçi” “Beşiktaş”a 1:2 hesabla məğlub olub. İlk oyunda da 1:3 hesabla məğlub olan “ağ-qaralar” turnirlə vidalaşıb.
UEFA Konfrans Liqasındakı digər təmsilçimiz “Sabah” səfərdə “Partizan”la (Serbiya) qarşılaşıb. İlk matçda 2:0 hesabla qalib gəlmiş “tələbələr” cavab oyununun əsas vaxtında eyni hesabla məğlub olub. Penaltilər seriyasınadək uzanan görüşün “lotereya”sında sevinən “Partizan” olub – 5:4.
|