 Bu gün Peşəkar Futbol Liqasında AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib. Mərasimdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı- direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər. AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz bəyə xidmətlərinə görə təşəkkür edilib və ona hədiyyələr təqdim olunub.
|