 Ötən turun daha 1 maraqlı məqam əvəzedicilərin çempionatına təsadüf edib. Peşəkar Futbol Liqası yarandıqdan sonra 2008/09-cu il mövsümündən başlayaraq daim keçirilən əvəzedicilərin yarışında 2500-cü yubiley qolu vurulub. Düzdür, belə yarışlar əvvəllər də keçirilib. Lakin məhz 2008/09-cu il mövsümündən əvəzedicilərin çempionatı əsl çempionat şəklinə düşüb. Həmin vaxtdan cari mövsümün ilk 16 turunu da nəzərə almaqla 2499 qol qeydə alınmışdı. “Xəzər Lənkəran” – “Neftçi” matçının 20-ci dəqiqəsində hesabı açan qonaqların futbolçusu Cavid Muxtarzadə yubiley qolunun müəllifi oldu. 5-ci mövsümdür keçirilən yarışlarda artıq 2514 qol vurulub. 2008/09 – 476 qol
2009/10 – 603 qol 2010/11 – 566 qol 2011/12 – 546 qol 2012/13 – 323 qol Qeyd edək ki, bu yarışlara təsadüf edən 4 texniki nəticə top fərqində nəzərə alınmayıb.
|