 Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxan “Qarabağ” səfərdə “Molde” (Norveç) ilə 2:2 hesablı heç-heçə edib. “Köhlən atlar”ın qollarına Olavio Juninyo və Bəhlul Mustafazadə imza atıblar. Qeyd edək ki, hazırda qrupda ikinci olan Qurban Qurbanovun yetirmələri son oyunu İsveç “Heken”inə qarşı doğma meydanda keçirəcək.
|