 “Xəzər Lənkəran” qış transfer pəncərəsinin açılması ərəfəsində ilk transferini reallaşdırıb. Klubdan verilən məlumata görə, bu gün türkiyəli Gökhan Güləçlə 2 illik müqavilə imzalanıb. “Beşiktaş”ın sabiq futbolçusunun son klubu “Şanlıurfaspor” olub. Futbolçu “qara qartallar”la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb.
|