 Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması 81-ci dəqiqədə güclü külək səbəbindən meydançanın işıq dirəyi aşdığına görə yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası, hakimlər, oyun rəsmiləri və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb.
|