 Qış fasiləsindən sonra bir araya gələn “Bakı” ötən gün klubun
təlim-məşq bazasında ilk məşqinə çıxıb. Futbolçulardan Edemir Rodrigez və Edin
Nuredinoski ilk məşqə qatılmayıblar. Əməliyyatdan sonra bərpa dövrü keçirən
Uinston Parks isə komandaya fevralın əvvəlində qoşulacaq. Paytaxt klubunun heyətinə
cəlb olunan Aqil Nəbiyev də “Bakı”da ilk məşqinə çıxıb.
Qeyd edək ki, “Bakı” yanvarın 14-də Antalyaya yola düşəcək.
|