 “Rəvan” 2013-cü ildə ilk transferlərini həyata keçirib. Klubun
rəsmi saytının verdiyi məlumata görə, paytaxt təmsilçisi 2 futbolçuyla anlaşıb.
Bunlar yarımmüdafiəçilər Emin Mustafayev və Ramil Həşimzadədir. Hər iki gənc
futbolçuyla 1,5 illik müqavilə imzalanıb. Emin Mustafayev “Qarabağ”dan, Ramil Həşimzadə
isə "Sumqayıt”dan transfer edilib.
|