 Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” ilk oyunda səfərdə “Braqa”nın (Portuqaliya) qonağı olub. Rəqibini 4:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri sərfəli nəticə qazanıb. Ağdamlıların heyətində Marko Yankoviç, Abdullah Zubir (2) və Olavio Juninyo fərqlənib.
Qeyd edək ki, cavab görüşü 22 fevralda Bakıda oynanılacaq.
|