 Azərbaycan Kubokunda 2023/24 mövsümünün final qarşılaşmasının keçiriləcəyi stadion müəyyənləşib. Peşəkar Futbol Liqasının qərarına əsasən görüş “Liv Bona Dea Arena”da baş tutacaq. 2 iyun tarixində keçiriləcək final oyununun başlama saatı, eyni zamanda həlledici matçın detalları ilə bağlı Peşəkar Futbol Liqasının saytında əlavə məlumat veriləcək.
|