 Futbol
üzrə Azərbaycan I Divizionunda çıxış edən Gəncənin “Tərəqqi” klubu ev
oyunlarını Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək. Bu barədə
PFL-ə müvafiq məktubla müraciət edən “Tərəqqi” klubu səbəb kimi Gəncə şəhər
stadionunun ot örtüyünün bərbad, tamaşaçı sektorlarının isə qəzalı vəziyyətdə
olmasını göstərmişdir. PFL klubun müraciətini müsbət cavablamışdır.
|