Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ”
daha iki yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi fevralın 1-də Gürcüstanın “Zestafoni”,
2-də isə Moldovanın “Tiraspol” klubu ilə qarşılaşacaq. Saat 15:00-da başlayacaq
görüşlər Belekdə, “İC Santai” mehmanxanasının futbol meydançasında baş tutacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.