 Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək. 21 may tarixində Binə qəsəbə stadionunda baş tutacaq “Şəfa” – “Baku Sportinq” oyunundan sonra II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardir və ya bombardirlərinin mükafatları veriləcək.
|