 Futbol üzrə Azərbaycan II Liqada XXVI turun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin üçüncüsü “Şahdağ Qusar” komandasına bürünc medallar təqdim edilib. Onlara medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.
|