 2 iyun tarixində “Qarabağ” və “Zirə” klubları arasında “Liv Bona Dea Arena”da Azərbaycan Kubokunun final qarşılaşması keçiriləcək. Oyundan əvvəl Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq. Tədbir saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyununa biletlərin qiyməti yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.
|