 "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı və öncəsindəki tədbirlərdə rahat şəkildə iştirakın təmin edilməsi məqsədilə media nümayəndələri üçün nəqliyyat vasitəsi ayrılacaq.
Oyunöncəsi mətbuat konfransları və açıq məşqlərdə iştirak üçün 1 iyun tarixində saat 15:30-da metronun Koroğlu stansiyasının qarşısından (“Piramida”nın arxasından) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobus “Liv Bona Dea Arena”ya yola düşəcək. Geri dönüş isə saat 19:00-da olacaq. Media nümayəndələri mövsümlük akkreditasiyalarını təqdim etməklə nəqliyyat vasitəsinin xidmətindən yararlana bilərlər.
Oyun günü, yəni 2 iyun tarixində də media təmsilçiləri üçün avtobus ayrılacaq. 18:00-da metronun Koroğlu stansiyasının qarşısından “Liv Bona Dea Arena”ya üz tutacaq avtobus matçın və mükafatlandırma mərasiminin bitmə saatına uyğun olaraq əks istiqamətdə çıxış edəcək.
|