 2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan “Şəfa” və AFFA Region Liqasının finalçısı “Hypers” klubu arasında pley-off matçları yekunlaşıb. İlk oyunda 2 cavabsız qolla qələbə qazanan “Hypers” cavab matçında 2-1 hesabı ilə rəqibindən üstün olaraq növbəti mövsümdə II Liqada çıxış etmək hüququ əldə edib.
|