 UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununda “Linkoln”u (Cəbəllütariq) qəbul edən “Qarabağ” rəqibini darmadağın edib – 5:0. “Köhlən atlar”ın heyətində Olavio Juninyo (3), Yassin Benzia və Leandro Andrade fərqlənib. İki oyunun nəticəsinə görə rəqibini 7:0 məğlub edən Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib.
|