 İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası VI tur
13 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);
14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilir (maddə 37);
14 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə "Sumqayıt" klubu 500 manat cərimə edilir (maddə 53.7);
I Liqa I tur
11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);
11 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilir (maddə 37);
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “Difai” – “Cəbrayıl” oyununun 90+4-cü dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Cəbrayıl” klubu 50 manat cərimə edilir (maddə 36.5);
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” klubu 70 manat cərimə edilir (maddə 37);
12 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun “İmişli” – “Baku Sportinq” oyununun 83-cü dəqiqəsində “Baku Sportinq” komandasının 12 nömrəli futbolçusu Hüseyn Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Baku Sportinq” klubu 50 manat cərimə edilir (maddə 36.5);
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu “Mingəçevir” komandasının formalarında problem olduğundan gec başladığına görə “Mingəçevir” komandası 80 manat cərimə edilir (maddə 75.6);
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyununun 30-cu dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 74.2);
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında oyun günü planının tələbləri pozulduğuna görə MOİK klubu 100 manat cərimə edilir (maddə 77.1);
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” matçında Əsasnamənin tələbləri pozulduğuna görə MOİK klubu 50 manat cərimə edilir (maddə 70.1);
13 sentyabr 2024-cü il tarixində I Liqanın I turunun MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 51.2).
Əvəzedicilər liqası VI tur
16 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Zirə-2” – “Neftçi-2” oyununun 1-ci dəqiqəsində “Zirə-2” komandasının 77 nömrəli futbolçusu Fərid Kələntərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zirə-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
16 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Zirə-2” komandasının 93 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).
|