 Topaz Premyer Liqasının 22-ci turunda AZAL “Qəbələ”ni
böyük hesabla məğlub etdi.
Ramiz Məmmədov, “Qəbələ” klubunu baş məşqçisi: “Tam fərqli iki hissə oldu, futbolçular,
sanki, rahatlaşmışdı. Bu məğlubiyyəti yorğunluqla əlaqələndirmək istəməzdim. Bəzi
futbolçularımız oyuna səhlənkar yanaşmışdılar. Nəticədə böyük hesabla məğlub
olduq. Toparlanıb kubok oyununda öz oyunumuzu göstərməliyik”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Böyük hesabla
qalib gəlməyimizə baxmayaraq, oyunun gedişi güclü komandaya qarşı oynadığımız
göstərdi. Bəxtimiz gətirdi ki, “Qəbələ” ilk hissədə qol imkanlarından yararlana
bilmədi. İkinci hissəyə daha aqressiv başladıq, oyuna tam nəzarəti ələ aldıq. Fəxr
edirəm ki, belə bir komandam var”.
|