06.12.2025
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 2-4 "Sabah" - Videoicmal

Slide 1

Kamran Quliyev mükafatlandırılıb

Slide 1

"Sumqayıt" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" 1-2 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Araz-Naxçıvan" canlı yayım

   İntizam Komitəsinin iclası keçirilmişdir      2013-03-05

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:

Azərbaycan Kubokunun 1/4 final  “Simurq” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubun  25 №-li futbolçusu Cavid İmamverdiyev rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçu 6 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (bu cəza kubok oyunlarına şamil edilir) (maddə 38.4).

Azərbaycan Kubokunun 1/4 final  “Bakı” – “İnter” matçında “İnter” klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXII turunun “Kəpəz” – “Simurq” matçında “Kəpəz” klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXII turunun “Rəvan” – “Bakı” matçında “Rəvan” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusov azarkeşləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).

Topaz Premyer Liqasının XXII turunun AZAL – “Qəbələ” matçında AZAL klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Matç başa çatdıqdan sonra  “Qəbələ” klubun futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının pəncərəsi sınrırıldığı üçün “Qəbələ” klubu dəymiş zərərə uyğun olaraq AZAL klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin (maddə 50).

Topaz Premyer Liqasının XXII turunun “Qarabağ” – “İnter” matçı başa çatdıqdan sonra dəhlizdə insident baş vermiş və polis tərəfindən aradan qaldırılmışdır. İntizam Komitəsi baş vermiş hadisə ilə bağlı aşağıdakı qərarı qəbul edir:

· İctimai əsayiş təmin olunmadığı üçün meydan sahibi klub 5000 manat cərimə olunur (maddə 50).

· Stadionda baş vermiş intiamsızlığa görə meydan sahibi klub bir Topaz Premyer Liqası ev  oyununu azarkeşsiz keçirir və klub 8000 manat cərimə olunur (maddə 69.1).

· Oyundan sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransinda iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 82.1).

Topaz Premyer Liqası və I divizion klubları oyunlar zamanı təhlükəsizliyi  maksimum dərəcədə təmin etsin. 

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 27 №-li futbolçusu İsmayıl Qəhrəmanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XV turunun “Neftçala” – “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 20 manat cərimə olunur (maddə 40). 

   Turnir cədvəli
1 Qarabağ 6 15
2 Sabah 7 14
3 Turan Tovuz 7 14
4 Araz-Naxçıvan 6 13
5 Zirə 6 12
6 Şamaxı 6 11
7 Sumqayıt 7 6
8 Səbail 7 4
9 Neftçi 7 4
10 Kəpəz 7 0
Ətraflı
1 Karvan 2 6
2 Qəbələ 2 4
3 Baku Sportinq 2 4
4 Cəbrayıl 2 4
5 Mingəçevir 2 3
6 İmişli 2 3
7 Zaqatala 2 2
8 MOİK 2 1
9 Qaradağ Lökbatan 2 0
10 Difai 2 0
Ətraflı
Xəbər arxivi
« Dekabr 2025 »
1 2 3 4 5 6 7
01 02 03 04 0506 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.08.2024
2024/25 mövsümü II Liqanın təqvimi
19.08.2024
2024/25 mövsümü I Liqanın təqvimi
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising