 Azərbaycan
kubokunun ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Simurq”la
qarşılaşan “Neftçi” oyunun 120-ci dəqiqəsində Flavinyonun vurduğu qolla mərhələni
keçən tərəf oldu.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Ağır oyun olacağını bilirdim. Yaxşı
oyun oldu, əks-hücumlarda oynadıq. Mario Bojiçin aldığı qırmızı vərəqə
oyunumuza təsir etdi. Məğlub olduğumuz üçün təəssüflənirəm”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Ağır oyun idi, hər iki komanda yaxşı
çıxış etdi. Bəzi futbolçulardan narazı qaldım, onlar meydanda sanki yatmışdılar.
Komandaya istirahət verilməyəcək. Sabahdan etibarən çempionatda “Bakı”ya qarşı
keçirəcəyimiz oyuna hazırlaşacağıq”.
|