 Topaz Premyer Liqasının 23-cü turunda “Rəvan” doğma
meydanda “Xəzər Lənkəran”ı minimal hesabla məğlub etdi – 1:0.
Emin Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Oyun
haqqında çox danışmayacam. Bu gün əsas heyətdə bir çox itkilərlə çıxmışdıq,
oyunda bunun nəticəsini gördük”.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Oyuna fəal
başladıq. Turnir cədvəlindəki mövqeyimiz bütün oyunlarda qalib gəlməyə sövq
edir. Hər oyuna qələbə əzmi ilə çıxmağımız da əlavə psixoloji yükdür. Heyətdə dəyişiklik
etdikdən sonra oyunda üstünlüyü ələ aldıq və qələbə qazandıq”.
|