“Xəzər Lənkəran” Junior Nildonu transfer etdi 2013-05-17
“Xəzər Lənkəran” klubu yeni mövsüm üçün transfer fəaliyyətinə
başlayıb. Klubun rəsmi saytında yer alan məlumata görə, son mövsümü AZAL-ın heyətində
keçirmiş Franka Junior Nildo növbəti iki il cənub təmsilçisinin uğurları
üçün çalışacaq. Braziliyalı hücumçu AZAL-da keçirdiyi 31 çempionat
oyununda 21 qol vurub.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.