06.12.2025
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 2-4 "Sabah" - Videoicmal

Slide 1

Kamran Quliyev mükafatlandırılıb

Slide 1

"Sumqayıt" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" 1-2 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Araz-Naxçıvan" canlı yayım

   Con Toşak: “Azarkeşlərimiz üçün ən yaxşısını edəcəyik”      2013-05-27

Azərbaycan kubokunun final oyundan öncə “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakın iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Ölkə  çempionuna  qarşı oynayacağımızın fərqindəyik. İlk olaraq “Neftçi” komandasını çempion olması münasibəti ilə təbrik edirəm. Britaniyada çempionluğu “yağla çörək” adlandırırlar. “Neftçi” mövsüm ərzində ən yaxşı komanda olduğunu bir daha sübut etdi.

Kubok isə qaymaqdır. Finala vəsiqə qazanmışıq, bunun əsas uğuru isə yarımfinalda Lənkəranda “Bakı”ya qarşı keçirdiyimiz möhtəşəm oyun idi. Bu mövsümü titulsuz da bitirə bilərdik. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Qələbəni düşünərək meydana çıxacağıq. Uzun mövsümün son oyunudur, irəliyə baxırıq. Möhtəşəm azarkeşlərimiz var, onların üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.


Daha sonra Con Toşak mətbuat konfransında iştirak edən KİV nümayəndələrinin suallarına cavab verdi:

“”Neftçi”nin mövsümün ən yaxşı komandası olduğunu bilirik. Komandamızda olan problemlərimizi araşdırmışıq. Final bir oyundan ibarətdir, burada hər şey ola bilər. Bu, mənim üçün yeni bir təcrübədir.

İngiltərə nümunəsinə baxsaq, “Mançester Siti” komandası mövsümü ikinci pillədə bitirdi, lakin ölkə kubokun finalında artıq Premyer Liqanı tərk etmiş “Viqan”a məğlub oldu.

Kubok oyununun çətinliyini anlayırıq. Bu da bizim üçün əlavə stimuldur. Final oyununda hər cür çətinliyə hazırıq. Adrian Pit sabahkı oyuna hazır deyil. Təxminən 3 həftə sonra komandamız təlim-məşq toplanışına start verəcək. Pitin o vaxtadək hazır olacağına ümid edirəm.


Azərbaycan Super kubokunu nə vaxt oynayacağımızı demək çətindir. Fikrimcə, iyunun sonlarında Super kubok oyununu keçirmək düzgün deyil.

Ümumilikdə, çempionatdakı çıxışımıza baxdıqda Avropaya getməyə layiq deyilik. Obyektiv olaraq, bu, “Neftçi”nin çempion olması sayəsində mümkün oldu. Lakin sabahkı final oyununda qalib gəlib Avroliqaya vəsiqəni öz gücümüzə qazandığımızı nümayiş etdirəcəyik.

Bir neçə  gündür ki, məşqlərimizi səhər saatlarında edirik. Bu balansı pozmaq istəmədik, ona görə də oyunöncəsi məşqi səhər vaxtına saldıq. Bunun hansı vaxtda keçirilməsi o qədər də əhəmiyyətli deyil.

Azərbaycan çempionatının səviyyəsini yaxşı saymaq olar. Məni əsas təəccübləndirən məqam oyunların süni örtüklü meydançalarda keçirilməsidir. Bu mənim məşqçilik təcrübəmdə ilk haldır.


Hər şeydən öncə fikrimi öz komandamın oyununda cəmləşdrimişəm. Burada olduğum iki ay ərzində komandada həll olunası çox problem var idi, onlarla məşğul idik. Futbolçular “Neftçi”ni məndən daha yaxşı tanıyır, oyun öncəsi toplanışda son tapşırıqlarımızı verəcəyik. Sabah Azərbaycanda bayramdır, ümid edirəm ki, bayram Lənkəranda davam edəcək”. 

   Turnir cədvəli
1 Qarabağ 6 15
2 Sabah 7 14
3 Turan Tovuz 7 14
4 Araz-Naxçıvan 6 13
5 Zirə 6 12
6 Şamaxı 6 11
7 Sumqayıt 7 6
8 Səbail 7 4
9 Neftçi 7 4
10 Kəpəz 7 0
Ətraflı
1 Karvan 2 6
2 Qəbələ 2 4
3 Baku Sportinq 2 4
4 Cəbrayıl 2 4
5 Mingəçevir 2 3
6 İmişli 2 3
7 Zaqatala 2 2
8 MOİK 2 1
9 Qaradağ Lökbatan 2 0
10 Difai 2 0
Ətraflı
Xəbər arxivi
« Dekabr 2025 »
1 2 3 4 5 6 7
01 02 03 04 0506 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.08.2024
2024/25 mövsümü II Liqanın təqvimi
19.08.2024
2024/25 mövsümü I Liqanın təqvimi
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising