06.12.2025
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 2-4 "Sabah" - Videoicmal

Slide 1

Kamran Quliyev mükafatlandırılıb

Slide 1

"Sumqayıt" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" 1-2 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Araz-Naxçıvan" canlı yayım

   Ramin Musayev: “”Topaz”la əməkdaşlıqdan razıyıq”       2013-06-13

Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşılarının mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbirdəki çıxışında demişdir: “Azərbaycan kubokunun final oyunu ilə əlaqədar olaraq “Topaz”la birgə aprel və may aylarının ən yaxşılarının mükafatlandırma mərəsiminin bu gün keçirməyi qərara aldıq. “Topaz”la əməkdaşlığımızın bir ili tamam oldu. Hamı gördü ki, “Topaz”ın Azərbaycan futboluna böyük faydası oldu. Ötən mövsümün oyunlarının televiziyada canlı yayımının sayı əvvəlki mövsümlərlə müqayisədə 2 dəfə artdı. Bu isə “Topaz”ın 2 ilin işini 6-7 ay ərzində görməsi deməkdir. Növbəti mövsüm daha çox oyun yayımlanacaq. “Topaz” hətta, I Divizion oyunlarının yayımında da köməyini əsirgəmədi. Bir sözlə, “Topaz”la əməkdaşlıqdan razıyıq”. 

Ramin Musayev gələcəkdə “Topaz”la yeni layihələr həyata keçirəcəklərini də bildirib. O, qeyd edib ki, KİV nümayəndələrinin də iştirakı ilə ölkə xaricində tədbirlərin təşkili nəzərdə tutulur. 

Daha sonra KİV nümayəndələrinin suallarını cavablandıran Ramin Musayev bunları bildirmişdir: “Növbəti mövsümdən keçiriləcək 10 komandadan ibarət 4 dövrəli sistemin tətbiqi klubların maddi durumları, sponsor problemi ilə bağlıdır. İki komandaya sponsor tapılsa, çempionat yenidən “altılıq” sistemi ilə keçiriləcək. Hələ püşkatma olmayıb, bunu edə bilərik. Klubların sponsor problemlərini nəzərə almaq lazımdır. Gəlin, azarkeşləri futboldan iyrəndirməyək. Milçəyi şişirdib, fil etməyək. 

Naxçıvanın “Araz” klubu I Divizionda oynamaqla bağlı bizə rəsmi müraciət etməyib. Ancaq I Divizionda iştirak edəcək 7-8 klub bizə rəsmi şəkildə Naxçıvana getməklə bağlı maddi çətinlik çəkdiklərini bildirib. Çempionatın medalçılarına verilən pul mükafatlarının ləğv olunması “Topaz”a yox, mənə veriləsi sualdır. Sponsorun verdiyi pulun hara xərclənəcəyi bizə aid məsələdir. Klublar həmin məbləğin 20 faizini siz jurnalistlərə versə, mən mükafatları yenidən bərpa edəcəyəm. Klublar cərimələrin 50-60 faizini verməyib. Türkiyə Superkuboku uğrunda “Qalatasaray” – “Fənərbaxça” matçının Bakıda baş tutmamağından biz daha çox itirdik. Ancaq, bildiyiniz kimi, növbəti mövsümdə çempionatımızda turların sayı çox olacaq. Türkiyə Superkubokunun keçiriləcəyi gün Topaz Premyer Liqasında turun oyunları keçiriləcək. Hətta, təqvimdə sıxlıq olduğundan, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsla razılaşmadığımız məqamlar var. Oyunlarımız Novruz bayramında düşəndə yerli klub rəhbərləri buna etiraz etmirlər. Ancaq başqa din mənsubları öz bayramlarına düşəndə, az qala bizi öldürürlər. Məgər İspaniyada, İngiltərədə bayramda futbol oynamırlar?”.

   Turnir cədvəli
1 Qarabağ 6 15
2 Sabah 7 14
3 Turan Tovuz 7 14
4 Araz-Naxçıvan 6 13
5 Zirə 6 12
6 Şamaxı 6 11
7 Sumqayıt 7 6
8 Səbail 7 4
9 Neftçi 7 4
10 Kəpəz 7 0
Ətraflı
1 Karvan 2 6
2 Qəbələ 2 4
3 Baku Sportinq 2 4
4 Cəbrayıl 2 4
5 Mingəçevir 2 3
6 İmişli 2 3
7 Zaqatala 2 2
8 MOİK 2 1
9 Qaradağ Lökbatan 2 0
10 Difai 2 0
Ətraflı
Xəbər arxivi
« Dekabr 2025 »
1 2 3 4 5 6 7
01 02 03 04 0506 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.08.2024
2024/25 mövsümü II Liqanın təqvimi
19.08.2024
2024/25 mövsümü I Liqanın təqvimi
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising