 Gələn il yaranmasının 10 illiyini qeyd edəcək “Xəzər Lənkəran”
klubu yubiley tədbirləri çərçivəsində böyük bir addım atıb. Klubun rəsmi
saytında yer alan məlumata görə, cənub təmsilçisi Türkiyənin “Fenerbahçe”
klubunun əsas komandası ilə yoldaşlıq oyunu keçirəcək. Oyun iyulun 21-də saat
20:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.
|