 Zaqatalanın “Simurq” klubu Türkiyədəki təlim-məşq
toplanışını yoxlama oyunu ilə başa vurub. Yenidən Gürcüstanın “Dila” klubu ilə
üzləşən “Simurq” 1-1 hesablı heç-heçəyə nail olub. Zaqatalalıların yeganə qolu
Rəşad Eyyubovun (d.75) aktivindədir.
Artıq Azərbaycana geri dönən komanda iyulun 13-də təlim-məşq
toplanışının üçüncü mərhələsinə start vermək üçün Avstriyaya yollanacaq.
|