 Türkiyənin Isparta bölgəsində hazırlıqlarını davam etdirən
“Qəbələ” bu gün qardaş ölkədə növbəti sınaq oyununu keçirəcək. Amma rəqib öncədən
planlaşdırıldığı kimi “Antalyaspor” deyil, yerli “Ispartaspor” komandası
olacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Antalya təmsilçisi
ilə qarşılaşma isə iyulun 13-də baş tutacaq.
|