06.12.2025
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 2-4 "Sabah" - Videoicmal

Slide 1

Kamran Quliyev mükafatlandırılıb

Slide 1

"Sumqayıt" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" 1-2 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Araz-Naxçıvan" canlı yayım

   Ramin Musayev: “Yeni mövsümdə yeniliklər olacaq”      2013-07-12

Bu gün Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünun püşkatma mərasimi keçirildi. Tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümdə ölkə çempionatında olacaq yenilikləri tədbir iştirakçılarının diqqətinə çatdırdı: “İlk öncə Avroliqa təmsilçilərimizi təbrik edirəm. Yeni mövsümdə Topaz Premyer Liqasında dəyişikliklər olacaq. Yeni mövsumdən I Divizion komandalarının əsas heyətində 8 nəfər 21 yaş altı futbolçu iştirak etməlidir. Məşqçilərin bu oyunçuların hamısını oynada bilməsi üçün I Divizion oyunlarında 3 yox, 5 oyunçunun əvəzedilməsinə icazə veriləcək. Yeni mövsümdən etibarən Adidas şirkətinin istehsalı olan “Kafusa” (Cafusa) toplarından istifadə olunacaq. Hər bir komandanın oyun formalarında futbolçuların ad və ya soyadı qeyd olunacaq. Bəzi gərgin oyunlarda 6 hakimdən istifadə olunması üçün Hakimlər Komitəsinə müraciət edəcəyik. Növbəti mövsümdən I Diviziondan Premyer Liqaya bir komanda yüksələcək. Həmçinin, PFL tərəfindən verilmiş xüsusi lisenziyası olmayan klub nümayəndələri komandalarının oyunları zamanı texniki zonada əyləşə bilməyəcəklər”.

Daha sonra klub nümayəndələrinin iştirakı ilə Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün püşku atıldı. 03-04 avqust tarixlərində baş tutacaq I turun oyunlarında qarşılaşacaq komandalar aşağıdakı kimidir:

“Sumqayıt” – “Xəzər Lənkəran“
“İnter” – “Qarabağ”
“Bakı” - “Qəbələ“
“Neftçi“ – AZAL
“Simurq“ – “Rəvan“

Daha sonra Ramin Musayev KİV nümayəndələri maraqlandıran sualları cavablandırdı: “Avrokuboklarda çıxış edən klublarımıza böyük ümidlərim var. Məgər biz zəifik? Keçən il “Neftçi”nin qrup mərhələsinə düşəcəyini heç kəs gözləmirdi. Ancaq bu, oldu. Niyə də yenə olmasın? Mən demişəm ki, ən az 2 klubumuza böyük ümidlərim var. Onu da bildirmişdim ki, hər 3 klubumuz turnirdə ilk mərhələni adlayacaq. Yaxın 5 ildə futbolumuzda nə qədər böyük uğurların olacağını görəcəksiniz.  

“Azərbaycan Superkuboku uğrunda oyunun iştirakçıları olan “Neftçi” ilə “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk matçlarının evdə olacağı halda, bu oyunu mütləq keçirməyi nəzərdə tutmuşduq. Ancaq “Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı evdədirsə, “Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu səfərdə keçirəcək. Kubok da, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk oyunların məkanı fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək olmur, ancaq gözəl bir günə salacağıq”.

Ramin Musayev Superkubokun qış fasiləsində klubların təlim-məşq toplanışında olduğu Türkiyədə keçirilməyi ilə bağlı təklifə də münasibət bildirib: “Bu, gözəl fikirdir. Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək? Əslində, Superkubok oyununun Türkiyədə keçirilməsini “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov təklif etmişdi”. 

   Turnir cədvəli
1 Qarabağ 6 15
2 Sabah 7 14
3 Turan Tovuz 7 14
4 Araz-Naxçıvan 6 13
5 Zirə 6 12
6 Şamaxı 6 11
7 Sumqayıt 7 6
8 Səbail 7 4
9 Neftçi 7 4
10 Kəpəz 7 0
Ətraflı
1 Karvan 2 6
2 Qəbələ 2 4
3 Baku Sportinq 2 4
4 Cəbrayıl 2 4
5 Mingəçevir 2 3
6 İmişli 2 3
7 Zaqatala 2 2
8 MOİK 2 1
9 Qaradağ Lökbatan 2 0
10 Difai 2 0
Ətraflı
Xəbər arxivi
« Dekabr 2025 »
1 2 3 4 5 6 7
01 02 03 04 0506 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
19.08.2024
2024/25 mövsümü II Liqanın təqvimi
19.08.2024
2024/25 mövsümü I Liqanın təqvimi
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising