 Topaz Premyer Liqasının II turundan sonra top fərqinə görə liderliyi ələ alan “Qarabağ” 2013-cü ildə ilk dəfə turnir cədvəlinin 1-ci sırasına yüksəlib. Ağdam təmsilçisi sonuncu dəfə ötən mövsümün 16-cı turundan sonra 1-ci yerdə qərarlaşmışdı. Yalnız vurulan topların sayına görə “Qarabağ”dan geri düşən “Neftçi” isə 12 turluq hakimiyyəti ilə vidalaşıb.
|