 Bu gün Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran” və
“Neftçi” klubları arasında oyun keçiriləcək. İbrahimxəlil Axundlu adına
Naxçıvan Muxtar Respublika stadionunda baş tutacaq oyunun başlama saatı 15:00-dır.
Oyundan bir gün öncə isə PFL-in, həmçinin “Xəzər Lənkəran”
və “Neftçi”klublarının nümayəndə heyətləri Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin
abidəsini ziyarət edib, ümummilli liderin abidəsi önünə əklil qoyublar. Ziyarətin
sonunda xatirə şəkli çəkdirilib. 



Qeyd edək ki, Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran”
– “Neftçi” oyunu “İdman Azərbaycan” kanalının canlı efirində yayımlanacaq.
|