 Futbol
üzrə Azərbaycan I Divizionunda 10-cu tura start verilib. Mingəçevirə səfər edən
“Turan-T” klubu yerli “Energetik”lə oyunda böyük hesablı qələbə qazanıb – 5:0.
Tovuz təmsilçisinin heyətində Rəşad Piriyev (d.21), Asəf Qədiri (d.32), Azər Məmmədov
(d.42), Emin Mirzəliyev (d.69) və Çingiz Aşırov (d.89) fərqləniblər. Turun digər
oyunları şənbə və bazar günləri keçiriləcək.
|