 Topaz
Premyer Liqasının 14-cü turunun açılış oyununda “Bakı” doğma meydana “Xəzər Lənkəran”la
qarşılaşdı. İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyini paytaxt klubu futbolçularının ikinci hissədə vurduğu üç qol həll etdi – 3:0.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Komandamdan çox razıyam, qələbəyə görə
çox şadam. “Xəzər Lənkəran”da fərdi baxımdan çox yaxşı futbolçular toplanıb. Bu gün 3 gənc futbolçuya oynamaq şansı verdim. Bu
futbolçular ölkənin gələcəyidir. Vüqar Mustafayev debüt oyununda gözəl oynadı. Çox
qol epizodumuz oldu, yararlana bilmədik, lakin ikinci hissədə üç qol vuraraq qələbə
qazandıq. “Bakı” klubunda futbolçuların məvacıb almaması haqqında şaiyələr
yalandır. Bizim çox yaxşı prezidentimiz var, hər ay əmək haqqımızı alırıq”.
|