 Topaz
Premyer Liqasının 14-cü turunda “Simurq” Sumqayıtda eyniadlı komandanın qonağı
oldu. Stepan Polyakın 42-ci dəqiqədə vurduğu qol Zaqatala təmsilçisinə 3 xalı
qazandırdı.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyunun çətin olacağını bilirdik.
Ümumiyyətlə, Premyer Liqada asan oyun yoxdur. “Sumqayıt” yaxşı hücum futbolu
oynayan komandadır. Qələbə qazanmaq bizim üçün vacib idi. İlk hissədə ikinci
hissədən daha yaxşı oynadıq”.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Futbolçularım yaxşı oynadı. Təəssüf
ki, nəticə qənaətbəxş olmadı. Ustalıq səviyyəmiz qələbə qazanmaq üçün kifayət etmədi”.
|