 Topaz
Premyer Liqasının 14-cü turuna “Qarabağ” – “Rəvan” oyunu ilə yekun vuruldu. Tərəflərin
səylərinə baxmayaraq oyunda hesab açılmadı – 0:0.
Şahin
Diniyev, “Rəvan” klubunun baş məşqçisi: “Bizim üçün çətin oyun oldu. Xallara
ehtiyacımız var. Komandam yaxşı mübarizə apardı, meydanın hər yerində
vuruşdu. İki futbolçumun olmaması komandanın oyununa təsir etdi.
Oyunçularıma təşəkkür edirəm”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Rəqib komandada məşqçi işi görünür.
Oyunu müdafiədən qurmuşdular, bu cür komandaya qarşı oynamaq həmişə çətin olur.
Qol epizodlarından istifadə edə bilmədik. Ustalıq səviyyəsi yüksək olan
futbolçularımız qol vura bilmədi. Futbolda belə hallar olur. Tam istədiyim kimi
hücum futbolu oynaya bilmədik. Hər iki komanda taktiki planda düzgün oyun
qurmuşdu”.
|